"Həqiqətlərin və reallığın carçısı Ç.Dikkens - 200" (Fotosessiya)

Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasında fevralın 7-si "Həqiqətlərin və reallığın carçısı Ç.Dikkens - 200" adlı söhbət və sərgi keçirildi.
Çarlz Dikkens — ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biridir. Onun romanlarının və kiçik hekayələri hələ də dünya ədəbiyyatının ən məşhur nümunələrindəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. O "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır. Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. Dikkenzin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir.