Yeni kitablar


Эльмира Ахундова, «Друзей моих прекрасные черты…». Баку, CBS, 2011. 512 стр.
Материал, представленный в данной книге, пренадлежит перу известного в нашей стране и за ее пределами писателя-публисиста, политика и общественного деятеля Эльмира Ахундовой.

Yeni kitablar



“Uşaqlar üçün ensiklopediya. Geologiya”. Bakı , “Şərq-Qərb”, 2008-ci il. 712 səh.
Uşaqlar üçün nəzərdə tutulan ensiklopediyada yerin daxili qüvvələri, xarici qüvvələrin yer səthinə təsiri, geoloji təbiət abidələri, yerin tarixi, minerallar, süxurlar, faydalı qazıntılar, qiymətli və bəzək, zərgərlik əşyaları haqqında dolğun məlumat verilmişdir.

Yeni kitablar


“Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri: Biblioqrafik göstərici”, M.F.Axundov adına Milli Kitabxanası, Bakı, 2009. 238 səh.
Kitabda M.F.Axundov adına Milli Kitabxananın Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi bu nəhəg tikinti ilə bağlı dərc olunan materiallar toplayaraq sistemləşdirilmiş və “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri” adlı biblioqrafik göstərici” hazırlanmışdır.

Yeni kitablar


Zəlimxan Yaqub. “Seçilmiş əsərləri”. İki cilddə. Bakı, “Şərq-Qərb”, 2006. 248 səh.
Zəlimxan Yaqubun seçilmiş əsərlərindən ibarət II cildliyinə şeirləri və dörd poeması daxil edilmişdi. Aşıq sənətinə, saz şairlərinin poetik texnologiyasına bələd olan şairin qələmə aldığı şeirlər öz bədii-estetik enerjisi ilə oxucu qəlbinə yol tapır, onun ovqatının ifadəçisinə çevrilir.

Yeni kitablar



“Azərbycan tarixi”. Yeddi cilddə. Bakı, “Elm”, 2007. 520 səh., 40 səh. illüstrasiya.
Kitabda Azərbaycanın çox əsirlik tarixi keçmişindən bəhs edilir. Bundan başqa, kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizin ibtidai insan cəmiyyətinin mərhələləri, qədim, orta əsrlər və xanlıqlar dövrü, yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər açıqlanır.

Yeni kitablar


“O olmasın, bu olsun” – “Məşədi ibad” Operetta. Bakı, “Çinar-Çap” nəşriyyatı. 2007. 151 səh.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun dünya şöhrətli “O olmasın, bu olsun” operettası klavir nəşrdə musiqi sevərlər üçün hazırlanmışdır.

Yeni kitablar


“Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”. Bakı, “Nurlar”. 2007, 424 səh.
Kitabda Heydər Əliyev fondunun, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Mədəniyyət sahəsində fəaliyyətindən bəhs edilir.

Yeni kitablar


“Heydər Əliyev və mədəniyyət”. III cilddə. Bakı. “Nurlar”. 2008, 520 səh., foto-şəkilli.
Kitabda H. Əliyevin Azərbaycanın mədəniyyət, ədəbiyyat və elm xadimləri ilə keçirdiyi tarixi görüşlərini, ədəbi-mədəni irsə, maddi-mdəni abidələrə qayğısını əks etdirən materiallar, tövsiyyələr, nitq və çıxışları toplanmışdır.

Yeni kitablar


Əziz Yusif oğlu Ələkbərli. “Qərbi Azərbaycan abidələri”. Bakı, “Nurlan” nəşriyyatı, 2007, 272 səh.
Kitabda qədim Türk-Oğuz yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki Azərbaycan xalqına məxsus maddi mədəniyyət nümunələri haqda qısa məlumat və abidələrin bir və ya bir neçə görüntüdə şəkilləri verilmişdir.

Yeni kitablar


Rasim Əfəndi. “Azərbaycan incəsənəti”. Bakı, “Şərq-Qərb”, 2007. 160 səh. 112 səh. illüstrasiya.
Kitabda qədim, orta əsrlərdə və sonrakı dövrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, təsvisi və dekorativ tətbiqi sənət nümunələri araşdırılır, incəsənətimizin zəngin ənənələri hərtərəfli şərh edilir.