Kitabxana haqqında

Kitabxana haqqında


1918-ci ilin martında Bakıda erməni-bolşevik dəstələrinin dinc əhaliyə divan tutaraq qırması nəticəsində həddən artıq çox uşaq yetim və kimsəsiz qalmışdı. Sovet hakimiyyətinin qurulması, millətlərarası münaqişələrin dəhşəti, küçələrdən axan qanlar və dağıntılar. Böyüklər ailələri sağ qalsın deyə çörək pulu qazanmağa çalışır, bu səbəbdən də uşaqlar özbaşına qalmışdı. Bu uşaqlar küçələrdə ayaqyalın və çox vaxt ac böyüyürdülər.
Məhz belə bir vaxtda, şəhər və ölkə üçün bu ağır dövrdə üç qadın, müxtəlif millətlərdən və dinlərdən olan üç Bakılı - Yüzbaşova, Rabkina, Troyanavskaya hamı tərəfindən unudulmuş uşaqlar üçün kitabxana təşkil etmək qərarına gəldilər. O dövr mətbuatı bu qadınları entuziastlar adlandırırdı. Ola bilsin ki, bu belədir. Lakin ən əsası onların geniş ürək sahibi olmaları idi. Əsas səbəb yəqin ki, uşaqlara olan böyük məhəbbət idi. Kitablar sözün əsl mənasında bir-bir əldə edilirdi, ayrı-ayrı şəxslərdən yığılırdı. Hərbi xəstəxananın və Marinski gimnaziyasının kitabxanalarından götürülürdü və onların bu işi alındı. Uşaqlar gəldilər. Əslində kitabxana savadsızlığı ləvğ etmək məktəbi olub. Uşaqlar burada oxumağı və yazmağı öyrənirdilər. Bunu bizim günümüzə gəlib çatan fəxri fərmanlar sübüt edir.
1922-ci ildə rus yazıçısı V.Q.Korolenkonun vəfatından sonra kitabxana onun adını daşıyır.
İllər ötüb keçirdi. Balaca oxucular böyüyürdü, ancaq öz doğma kitabxanalarını tərk etmək istəmirdilər. Və nəhayət, 25 noyabr 1928-ci ildə Hökumət Fərmanı ilə kitabxana Fəhlə Gənclər Ktabxanası kimi yenidən quruldu. Bu şərəfli bir tarixdir, çünki Bakı şəhəri Sovet İttifaqında və dünyada məhz gənclər üçün kitabxana yaratmış ilk şəhərlər sırasına daxildir.
Moskvada belə bir kitabxana, məşhur Svetlovka 1941-ci ildə qurulub. Ukraynada Gənclər üçün kitabxana yaradılması prosesi 60-cı illərdə başlanmışdır.
Korolenko adına kitabxana həmişə avanqardda olub, onun fəaliyyəti haqqında qəzetlərdə dərclər (qeydlər) olurdu. Kitabxana ölkədə gedən proseslərə birinci qatılırdı. Böyük Vətən müharibəsi zamanı bu kitabxana hərbi qospitala himayəçilik edərək, əsgərləri kitablarla və yeni qəzetlərlə təmin edirdi.
Korolenko adına kitabxana 2011-ci 5 yanvar tarixindən Binəqədi rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin Mərkəzi Kitabxanası statusunu aldı. Kitabxana fondu 116316 nüsxədir.

Kitabxana haqqında


Kitabxana haqqında


Kitabxana haqqında


Kitabxana haqqında


Kitabxana haqqında